Yuxarı

Rusiyanın "Koqalımavia" şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

Bu, şirkətin bir mövsümdən artıq müddətdə uçuşlar etməməsi ilə əlaqədardır

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (RHNA) "Koqalımavia" şirkətinin (Metrojet) 30 istiqamət üzrə uçuş icazəsini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilir.

Dərc olunan sənəddə bildirilir ki, lisenziyanın geri alınması aviadaşıyıcının bir mövsümdən artıq müddət ərzində uçuşlar həyata keçirməməsi ilə əlaqədardır. "Koqalımavia", xüsusilə Qazaxıstan, Azərbaycan və Qırğızıstan istiqamətində uçuşlardan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi