Yuxarı

Komitə: Xüsusi mühafizə zonasına aid torpaqlarda qanunsuz tikinti aparılır

Sumqayıtda torpaq münasibətlərinin tənzimlənməsi mövzusunda forum keçirilir

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Sumqayıt şəhərində “ƏMDK-nin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda işgüzar forum keçirir. "Report" xəbər verir ki, forumu giriş sözü ilə Komitə sədrinin müavini Rafiq Cəlilov açıb.

R.Cəlilov bu tədbirin Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarını əhatə etdiyini və indiyə qədər Şirvan, Ucar və Şamaxıda belə forumların keçirildiyini deyib.
ƏDMK rəsmisi bildirib ki, Azərbaycanda xüsusi mühafizə zonasına daxil olan, sahil zonası və meşə torpaqları qanunsuz istismar edilir, bir çox hallarda həmin ərazilərdə tikinti aparılır: "Belə halların aradan qaldırılması üçün Komitənin torpaq müfəttişləri yoxlamalar keçirir. Pozuntu halları aşkar edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür".

Onun sözlərinə görə, hazırda bütün növ torpaq kateqoriyalarının elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.
Tədbirdə ƏMDK-nin rəhbərliyi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin nümayəndəsi, Sumaqyıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Qubadlı rayonlarının icra hakimiyyətlərinin rəhbərliyi və bələdiyyə sədrləri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi