Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan
"Mən də bu fotonu sosial şəbəkələrdə görmüşəm və orada vaxtı keçmiş sertifikat paylaşılıb". Bunu "Report"a
F.Talıblı ötən gün Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binası ilə bağlı hazırda xüsusi komissiyanın fəaliyyət göstərdiyini və komissiyanın qərarından öncə hansısa açıqlama verilməsinin düzgün olmadığını bildirib: "Hazırda dövlət başçısının sərəncamı ilə komissiya işləyir və onların qərarından əvvəl hansısa açıqlama vermək doğru olmaz. Bu məsələ ilə bağlı bütün suallarınızı Baş Prokurorluğa ünvanlayın".
Xatırladaq ki, mayın 19-da "Global Stone" MMC-nin üzlədiyi 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər ölüb, 50 sakin yaralanıb. Hadisədən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən şirkətə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən uyğunluq sertifikatının şəkilləri paylaşılıb. Sertifikatın verilmə tarixi 27.11.2012-ci il, bitmə tarixi isə 27.11.2013-cü ildir.