Kəmaləddin Heydərov: "Salyanda su nəqliyyatı bərpa oluna bilər"

Kəmaləddin Heydərov: "Salyanda su nəqliyyatı bərpa oluna bilər" Nazir: "Su nəqliyyatı bərpa edilərsə, Kür çayında lil qatının artmasının qarşısı alınacaq"
İnfrastruktur
5 Fevral , 2016 16:07
Kəmaləddin Heydərov: Salyanda su nəqliyyatı bərpa oluna bilər

Bakı. 5 fevral. REPORT. AZ / "Salyanda su nəqliyyatı bərpa oluna bilər".

"Report" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kamaləddin Heydərov rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Nazir qeyd edib ki, su nəqliyyatı bərpa edilərsə, Kür çayının lil qatının artmasının qarşısı alınacaq və bu, balıqçılığın inkişafina təkan verəcək: "Salyanda Kür daşqınları zamanı qrunt sularının qalxması nəticəsində çay boyu evlərdə problemlər yaranmışdı. Xüsusi gəmiləri burda istifadə edəndən sora daşqınlar minimuma endirilib. Qrunt sularının da qalxması o zamankı kimi deyil. Ona görə də Salyan rayonu ərazisində Kür boyu su nəqliyyatının bərpa olunması üçün hansı addımlar atılmalı olduğu araşdırılmalıdır. Bu məsələdə rayona kömək etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi