Həbib Həsənov: "Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir"

Həbib Həsənov: "Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir" Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir.
İnfrastruktur
10 İyun , 2019 12:02
Həbib Həsənov: Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir

"Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir".

“Report” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov bu ilin iyunun 11-13 tarixlərində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsinin inkişafı bizim üçün böyük əhəmiyyət daşıyır: "Bunu nəzərə alaraq, sərgidə dövlət orqanları ilə yanaşı özəl sektorun da iştirakı gözlənilir".

Qeyd edilib ki, sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, nəqliyyat-loqistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir.

2019-cu ildə “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib. Bu il “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Hər il sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və s. kimi aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Bu il sərgidə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə iştirak edir.

İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edirlər. Onların sırasında: dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıq, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri və s. Yükdaşıma və logistika xidmətləri sektorlarını Ikra Logistika, AS Prof Logistics, Absheron Logistics Center və digər şirkətlər təqdim edirlər. “Belomo” şirkəti isə builki sərgidə debüt edir. 

Son xəbərlər

Orphus sistemi