Yuxarı
    Bağlamaq

    İstanbulda taksidən istifadə üçün minimum ödəniş məbləği müəyyən edilib

    Taksi ilə nə qədər yol qət edilməsindən asılı olmayaraq azı 8,7 lirə ödəniləcək

    Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gündən İstanbulda (Türkiyə) taksidən istifadə ilə bağlı yeni qayda qüvvəyə minib.

    “Report” xəbər verir ki, İstanbul şəhər bələdiyyəsinin təsdiq etdiyi qaydaya əsasən, taksiyə minənlər üçün minimum ödəniş məbləği müəyyən edilib.

    Belə ki, taksi ilə 2,5 km-dən az məsafə qət edən sərnişinlərə “mindi-düşdü” tarifi tətbiq ediləcək. Bu tarifə görə, onlar taksi ilə 500 metr belə hərəkət etdikləri halda minimum 8,7 lirə (4,2 manat) ödəməli olacaqlar.

    2,5 km-dan artıq məsafələr üçün isə xidmət haqqı hər km-ə 2,1 lirə (1 manat) olmaqla hesablanacaq. Bu məbləğin üzərinə, həmçinin taksometrin açılması qiyməti – 3,45 lirə (1,7 manat) də əlavə ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi