İslamiada zamanı Bakı Olimpiya Stadionunun ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İslamiada zamanı Bakı Olimpiya Stadionunun ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Taksilərin stadiona yaxınlaşmasına, eləcə də stadionun ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələrini park etməsinə icazə verilməyəcək
İnfrastruktur
8 May , 2017 15:13
İslamiada zamanı Bakı Olimpiya Stadionunun ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. 8 may. REPORT.AZ/ Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının açılış və bağlanma mərasimləri zamanı taksilərin Bakı Olimpiya Stadionuna yaxınlaşmasına, eləcə də stadionun ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələrini park etməsinə icazə verilməyəcək. 

“Report” xəbər verir ki, bu barədə beynəlxalq yarışla bağlı Bakı Nəqliyyat Agentliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin birgə keçidiyi mətbuat konfrasında məlumat verilib. 

“Tamaşaçılar yalnız ictimai nəqliyyatdan istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olması nəzərə alaraq, ictimai nəqliyyatın hərəkətində də dəyişiklik ediləcək. 1 və 13 nömrəli marşrutlar saat 16:00-da fəaliyyətini dayandıracaq”, - deyə tədbirdə qeyd edilib. 

Bundn başqa, paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Oyunlar zaman Heydər Əliyev prospektinin “Excelsior” qarşısındakı yol qovşağından Sabunçu dairəsinə qədər olan hissəsi və Neftçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra bağlı olacaq. 

Son xəbərlər

Orphus sistemi