Yuxarı

İqtisadiyyat Nazirliyi yeni mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradıb

Ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb

Bakı. 26 iyul. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri əsasında bu ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.

Nazirliyin təşkilatçılığı ilə mütəmadi olaraq Bakıda və regionlarda çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara Mənzil Məcəlləsindən irəli gələn hüquq və vəzifələr, yeni idarəetmə metodlarının üstünlüyü barədə məlumat verilir.

Bundan başqa, Nazirliyin əməkdaşları çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə müzakirələr aparır, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) təşkili istiqamətində tövsiyələr verir

Azərbaycanın şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi