Yuxarı

​İpək Yolunun Azərbaycan seqmentində avtomobil nəqliyyatı ilə yük daşınması 3% artıb

Dəhliz vasitəsilə yük daşınmasında isə 14% azalma qeydə alınıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük daşınması 7 826,4 min ton, yük dövriyyəsi isə 1 509,4 mln. ton/km olub. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 5 040,9 min tonu və ya 64,4%-i avtomobil nəqliyyatı, 2 063,2 min tonu və ya 26,4%-i dəmir yolu nəqliyyatı, 722,3 min tonu və ya 9,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınan yüklərin həcmi 13,8% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 26,8% və 46,5%) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınan yüklərin 15%-ni və ya 1 172,7 min tonunu tranzit yüklər təşkil edib. Bu ilin müvafiq dövründə dəhliz vasitəsilə 54,9 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 1 114,4 mln. sərnişin/km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2%, sərnişin dövriyyəsi isə 1,1% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi