Yuxarı

​İlk ikimərtəbəli elektrik qatarları Azərbaycana göndərilib

Stadler Kiss qatarları Bakıda Avropa Oyunları zamanı istifadə olunacaq

Bakı. 25 may. REPORT.AZ/ İlk "EŞ2" seriyalı ikimərtəbəli "Stadler Kiss" markalı elektrik qatarları "Ştadler-Minsk" zavodundan Azərbaycana göndərilib.

"Report" Nəqliyyat Strategiyaları Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycana istiqamət alan qatarların şəkilləri "trainpix.org" saytında dərc olunub.

Xatırladaq ki, İsveçrənin "Stadler" şirkəti və "Azərbaycan Dəmir Yolları" QSC mayın 13-də Bakıda 5 KISS elektrik qatarının tədarükünə dair müqavilə imzalayıb. Sövdələşmənin dəyəri təqribən 70 milyon avrodur.

Dörd vaqondan ibarət olacaq qatarlar 84-ü biznes sinifli olmaqla 396 sərnişin üçün nəzərdə tutulub.

İlk iki qatarı Azərbaycan bu ay əldə edəcək. Onlar Bakıda keçiriləcək Avropa Oyunları zamanı xidmət göstərəcək.

Digər üç qatar isə ilin sonunadək Azərbaycana göndəriləcək. Bütün qatarlar hazırda təkmilləşdirilən 43 kilometrlik Bakı-Sumqayıt dəmir yolu xəttində istifadə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi