​Hövsan yolunun təmiri başa çatır

​Hövsan yolunun təmiri başa çatır Ərazidə yeni dairə də inşa edilib
İnfrastruktur
29 May , 2015 16:51
​Hövsan yolunun təmiri başa çatır

Bakı. 29 may. REPORT.AZ/ Bakı şəhərində Hövsan avtomobil yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub.

Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, yol hər iki istiqamətə 3 olmaqla 6 zolaqdan ibarətdir. Ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki tərəfdə 2 metr enində səkilər də qurulub. Ümumilikdə 37 min kv. metr sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2 600 paqon metr səki daşı düzülüb. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

Ərazidə yeni dairə də inşa edilib. “BakuBus” MMC-nin avtobuslarının dairə vasitəsi ilə geriyə hərəkət etməklə dayanacağa daxil olması təmin edilib. Bundan başqa, yenidən qurulmuş yol vasitəsilə nəqliyyat vasitələri avtomobil tunelindən keçməklə şəhər istiqamətinə, sağ qanadla hərəkət etməklə isə “Beton yol”a çıxaraq Mərdəkan istiqamətinə maneəsiz hərəkət edə bilərlər.

Artıq həmin yolda son tamamlanma işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılır, yol kənarları abadlaşdırılır.

Nobel prospekti və Zığ dairəsində də abadlıq işləri həyata keçirilir. Prospekt boyunca yolcizgi və yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri həyata keçirilib, ayrıcı zolaqlar və yol kənarları isə abadlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi