Yuxarı

​"Hill International" Azərbaycanda ən hündür göydələnin tikintisi layihəsinə yardım edəcək

Müqavilənin Hill International şirkəti üçün təxminən 3,7 milyon ABŞ dollar məbləğində dəyəri var

Bakı. 6 oktyabr. REPORT.AZ/ Risklərin idarə edilməsi üzrə dünyada qlobal lider "Hill International" Azərbaycan paytaxtında inşa ediləcək Bakı Tower göydələninin tikintisi zamanı layihənin idarə olunması üçün məsləhətçi xidmətlərinin göstərilməsi ilə bağlı Azərbaycanın "Azvil tikinti MMC" şirkəti ilə müqavilə imzaladığını bildirib. Bu barədə "Report" "Nasdaq"a istinadən xəbər verir.

Müqavilənin "Hill International" şirkəti üçün təxminən 3,7 milyon ABŞ dollar məbləğində dəyəri var.

50 mərtəbəli kommersiya binası Azərbaycanda ən hündür tikili olacaq. "Hill" şirkətinin vəzifəsi tikintinin bütün mərhələlərində texniki nəzarəti, həmçinin keyfiyyətə və iş qrafikinə nəzarəti təmin etmək olacaq.

Qeyd edək ki, "Hill International" şirkətinin 100 ofisində 4 900 işçi çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi