Yuxarı

Heydər Əliyev prospektində yol yenidən bağlanır

Bu dəfə prospektin yan yolları bağlanır

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Bakının Heydər Əliyev prospektinin yan yollarında, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor” yol qovşağınadək olan hissədə hər iki hərəkət istiqaməti üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bununla əlaqədar qeyd edilən müddət ərzində prospektin yan yollarında nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi