Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq
İnfrastruktur
11 Aprel , 2017 13:13
Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün saat 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda piyada keçidləri, yolcizgi və yolgöstərici xətlər yenidən rənglənəcək. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

"Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək. Bundan başqa, sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma küçədə təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi