Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır Hava limanında 2017-ci ildə sərnişin axını 4,1 milyon nəfər təşkil edib
İnfrastruktur
30 Avqust , 2018 04:55
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın 5 ulduzlu 9 hava limanı siyahısındadır
Heydər Əliyev Beynəlxalq Aeroportu

Bakı. 30 avqust. REPORT.AZ/ Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın müxtəlif aviaşirkətlər və aeroportlar tərəfindən göstərilən xidmətin keyfiyyətini öyrənmək üzrə ixtisaslaşan nüfuzlu özəl konsaltinq şirkəti "Skytrax" "5 ulduz"lu hava limanlarının reytinqi göstərir.

Reytinqə Yaponiya, Honkonq, Sinqapur, Cənubi Koreya, Almaniya, Qətər, Çin və Azərbaycan aeroportları daxildir.

Reytinqdə Heydər Əliyev Beynəlxalq Aeroportunun baza aviaşirkəti kimi "Azerbaijan Airlines" (AZAL) göstərilib. Hava limanının sərnişin axını 2017-ci ildə 4,1 milyon nəfər təşkil edib.

Siyahıda yer alan digər hava limanları isə bunlardır:

Haneda aeroportu (Tokio, Yaponiya. Baza aviaşirkəti "Japan Airlines" və "All Nippon Airways"dir, sərnişin axını 85,409 mln. nəfər).

Honkonq aeroportu (Honkonq. Baza aviaşirkəti: "Cathay Pacific", sərnişin axını 72,7 mln)

Çanqi aeroportu (Sinqapur. Baza aviaşirkəti: "Singapore Airlines", 6,2 mln. sərnişin)

İnçhon aeroportu (Seul, Cənubi Koreya. Baza aviaşirkəti: "Korean Air", "Asiana Airlines", 62,2 mln. sərnişin)

Frans-İozef Ştraus aeroportu (Münhen, Almaniya. Baza aviaşirkəti: "Lufthansa", 44,6 mln. sərnişin)

Hamad aeroportu (Doha, Qətər. Baza aviaşirkəti: "Qatar Airways", 35,3 mln. sərnişin)

Meilan aeroportu (Haikou, Çin. Baza aviaşirkəti: "Hainan Airlines", 22,6 mln. sərnişin)

Tübu aeroportu (Tokoname, Yaponiya. Baza aviaşirkəti: "Japan Airlines", 11,5 mln. sərnişin).

Son xəbərlər

Orphus sistemi