Hacıqabulda körpü təmiri ilə əlaqədar magistral yol bağlanıb

Hacıqabulda körpü təmiri ilə əlaqədar magistral yol bağlanıb Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabuldan keçən 114-cü km-də yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəhəri istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparı
İnfrastruktur
15 Yanvar , 2018 14:50
Hacıqabulda körpü təmiri ilə əlaqədar magistral yol bağlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabuldan keçən 114-cü km-də yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəhəri istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlacaq. Bakı şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti əks istiqamətə yönəldilməklə təmin olunacaq.

"Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur. Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub", - deyə xəbərdə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi