Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinə cəhd edilib

Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinə cəhd edilib 34 qutu belə vasitə aşkar edilib
İnfrastruktur
11 Mart , 2017 13:36
Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinə cəhd edilib
http://customs.gov.az/

Bakı. 11 mart. REPORT.AZ/  Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən "Report"a daxil olan məlumata görə, idarənin hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında aparılan yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər

Orphus sistemi