Güclü külək Bakı aeroportunun işinə təsir etməyib

Güclü külək Bakı aeroportunun işinə təsir etməyib Dünən ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib
İnfrastruktur
31 Mart , 2017 10:14
Güclü külək Bakı aeroportunun işinə təsir etməyib

Bakı. 31 mart. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan güclü külək Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik törətməyib.

Hava Limanından “Report”a bildirilib ki, təyyarələrin yola salınması və qəbulu tərtib olunan qrafikə uyğun həyata keçirilir: “Bu gün hava limanında aviauçuşlar adi qaydada davam etdirilir. İndiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb. Hələ ki, mövcud hava şəraiti uçuşların həyata keçirilməsində problem yaratmayıb”.

Qeyd edək ki, dünən ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib. Belə ki, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi