Yuxarı

​Göyçay şəhərinin Baş Planı ictimai müzakirəyə çıxarılıb

Layihə 60 gün ərzində müzakirə olunacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Göyçay şəhərinin Baş Planı layihəsinin hazırlanması həyata keçirilir. DAŞK-dan "Report"a verilən məlumata görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş Planın ilkin layihəsinin ictimaiyyətə təqdim olunması bu gündən etibarən 60 gün müddətində Göyçay şəhərində keçiriləcək.

Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar: 

Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi,118, Göyçay Şəhər İcra Hakimiyyətinin inzibati binası.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi