​Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi ilə bağlı poçt markası nəşr olunub

​Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi ilə bağlı poçt markası nəşr olunub Markanın qiyməti 0,50 manat təşkil edir
İnfrastruktur
3 Aprel , 2015 20:35
​Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi ilə bağlı poçt markası nəşr olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti daha bir poçt markası çap etdirib.

"Report" xəbər verir ki, növbəti marka Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi Əziz Şərifə həsr edilib.

Poçt markasının üzərində Ə.Şərifin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,50 manata bərabərdir.

Qeyd edək ki, Əziz Şərif çox sayda məqalənin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifidir.

Son xəbərlər

Orphus sistemi