Yuxarı
    Bağlamaq

    Giorgi Çerkezişvili: “BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır”

    Sentyabrın sonunda BTQ üzrə işçi qrupun növbəti görüşü keçiriləcək

    Tbilisi, 13 sentyabr. REPORT.AZ/ “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır. İlin əvvəlində bəzi çatışmazlıqlar var idi. Artıq onlar da aradan qaldırılıb və işlər başa çatdırılıb”.

    Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezeşvili söyləyib.

    “Biz Azərbaycanın birbaşa iştirakı, eləcə də Azərbaycan sərmayəsi hesabına bir sıra vacib layihələr həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də bunlardan biridir. Bu layihə bizə Avropaya birbaşa çıxışla yanaşı, iqtisadi artım, insanlarımıza rahatlıq gətirəcək. Bir sözlə, bu layihənin necə böyük əhəmiyyətə malik olduğunu yaxşı başa düşürük. Artıq Azərbaycanda və Gürcüstanda BTQ dəmir yolunun keçdiyi bütün yerlərdə lazım olan infrastruktur yaradılıb, kommunikasiya qovşaqları qurulub. BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi tam hazırdır. Türkiyə tərəfi də artıq işləri başa çatdırmaq üzrədir. Düşünürəm ki, bizə böyük dividentlər gətirəcək dəmir yolunu deyilən vaxtda istifadəyə verə biləcəyik”, - Giorgi Çerkezeşvili deyib.

    Nazir müavininin sözlərinə görə, sentyabrın sonunda BTQ üzrə işçi qrupun növbəti görüşü keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi