Yuxarı
    Bağlamaq

    Ötən il 205 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb

    Əmlak Məsələləri Dövlət Komitəsi ​Gəncədə “Açıq qapı” günü, Göygöldə “kütləvi çıxarış” kampaniyası keçirib

    Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə şəhərində vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil edib. Bundan başqa, Göygöl rayonunda da “kütləvi çıxarış” kampaniyası keçirilib. Bu barədə "Report"a Komitənin mətuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bu tədbirləri keçirməkdə məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesi və yaradılmış müasir və şəffaf xidmət şəraiti ilə vətəndaşları yaxından tanış etmək, onlara qeydiyyat prosedurlarını əyani nümayiş etdirmək və bunu ictimaiyyətə çatdırmaqdır. Eləcə də dövlət başçısının 13 yanvar 2015-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərmanının regionlarda tətbiqi və Fərmanda əksini tapmış hüquqi məsələlərlə bağlı vətəndaşları maarifləndirməkdir. Eyni zamanda, digər məqsəd Komitənin “kütləvi çıxarış” kampaniyasının mahiyyətini və onun üstünlüklərini nəzərə çatdırmaq olub.

    Komitənin yadığı məlumata görə, ötən il 205 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb.

    Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına əsasən həyata keçirilir. Kampaniya çərçivəsində vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi