Yuxarı
    Bağlamaq

    Gəncə çayı üzərindəki körpünün təmiri yekunlaşıb - FOTO/VİDEO

    Zazalı-İmamzadə kompleksi-Gəncə avtomobil yolunun tikintisi davam edir

    Bakı. 7 may. REPORT.AZ/ Zazalı-İmamzadə kompleksi-Gəncə avtomobil yolunun tikintisi davam edir. 

    "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, 19,4 km olan Zazalı-İmamzadə kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq, əvvəllər 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq, hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq, 12-18,5 metrə qədər genişləndirilir. Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Burda 2 hərəkət zolaqlı olmaqla, yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metr olacaq. Yolun 8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə, iki gediş, iki gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metr olacaq.

    Layihəyə uyğun olaraq, yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə 2 metr enində piyada səkilərinin tikintisi işləri aparılır. Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min p/m səki daşının düzülməsi nəzərdə tutulub.

    Bundan başqa, tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulacaq, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton plitələr tikiləcək.

    Hazırda sözügedən yolda torpaq işləri görülür, mövcud yol 1 metrə qədər qazılaraq yeni yol yatağı və yol əsası tikilir, möcud dəmiryolu üzərində yerləşən avtomobil körpüsü təmir olunur. Sözügedən körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Körpüdə hər bir istiqamət üzrə 1 metr enində piyada səkiləri də tikilib.

    Yenidənqurma işləri çərçivəsində yolun 8-ci kilometrliyində yerləşən Gəncə çayı üzərindəki körpünün isə təmiri yekunlaşıb. İkiaşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpüdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkisi də tikilib.

    Torpaq işləri yekunlaşandan sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla, yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 200 min kv. m ərazinin asfaltlanması nəzərdə tutulub.

    Tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi