Gəmiçilik beş ayda ətraf mühitin qorunmasına dair gördüyü işləri açıqlayıb

Gəmiçilik beş ayda ətraf mühitin qorunmasına dair gördüyü işləri açıqlayıb Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin həm sahil, həm də dəniz obyektlərində formalaşan 59 194.75 ton çirkab məişət-təsərrüfat suyu, 3 154 ton neftli döşəməaltı su, 125,45 ton işlənmiş sürtgü yağı, 24,1 ton yağlı əski, 12,49 ton sintetik propilen buraz kəndir qalığı bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə kənarlaşdırılıb.
İnfrastruktur
2 İyul , 2018 11:21
Gəmiçilik beş ayda ətraf mühitin qorunmasına dair gördüyü işləri açıqlayıb
acsc.az
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin həm sahil, həm də dəniz obyektlərində formalaşan 59 194.75 ton çirkab məişət-təsərrüfat suyu, 3 154 ton neftli döşəməaltı su, 125,45 ton işlənmiş sürtgü yağı, 24,1 ton yağlı əski, 12,49 ton sintetik propilen buraz kəndir qalığı bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə kənarlaşdırılıb.

Cəmiyyətdən “Report”a verilən məlumata görə, hesabat dövründə 71 ədəd yararsız akkumulyator, 48,02 ton rezin tullantısı, 136 ədəd yanacaq, 362 ədəd yağ və 231 ədəd hava süzgəcləri, 9,5 ton yararsız təşkilati avadanlıq və toner-katric, 36,86 ton keramik qırıntı, 6 ton asbest qalığı, 36 ton işlənmiş boya qabı və boya tullantıları, 177,48 ton taxta tullantı, 25,0 ton tibbi tullantı, 84,98 ton şüşə qırığı, 129,44 ton sellüloz (kağız-karton) tullantısı, 172,62 ton tekstil parça qalığı, 116,47 ton polimer əsaslı və plastmas tullantı, 409,22 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,95 ton neft-su qarışığı və 13,35 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

Son xəbərlər

Orphus sistemi