Yuxarı
    Bağlamaq

    Gələn il Bakı-İstanbul-Mexiko aviareysinin açılışı planlaşdırılır

    Meksika səfiri: Bu istiqamətdə danışıqlar aparırıq

    Bakı. 29 noyabr. REPORT.AZ/ Gələn il Bakı-İstanbul-Mexiko aviareysinin açılışı planlaşdırılır.

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

    Meksika və Azərbaycan arasında birbaşa hava əlaqələrinin yaradılması haqqında danışan diplomat iki ölkənin paytaxtları arasında məsafənin böyük olmasına və Meksika coğrafiya mürəkkəbliyinə görə birbaşa aviamarşrut yaradılmasının texniki cəhətdən olduqca çətin olduğunu bildirib.

    "Gələn il Bakı-İstanbul-Mexiko aviareyslərini açmağı planlaşdırırıq. Bu, real plandır və biz bu istiqamətdə danışıqlar aparırıq" - səfir vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi