Gələn il 51 yol layihəsi ilə bağlı yeni sərəncam nəzərdə tutulub

Gələn il 51 yol layihəsi ilə bağlı yeni sərəncam nəzərdə tutulub Bakı. 10 noyabr. REPORT.AZ/ “2018-ci ildə Prezident İlham Əliyevin 51 yol layihəsi ilə bağlı sərəncamı nəzərdə tutulub”.
İnfrastruktur
10 Noyabr , 2017 18:59
Gələn il 51 yol layihəsi ilə bağlı yeni sərəncam nəzərdə tutulub

Bakı. 10 noyabr. REPORT.AZ/ “2018-ci ildə Prezident İlham Əliyevin 51 yol layihəsi ilə bağlı sərəncamı nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

O qeyd edib ki, bununla da yerdə qalan rayonların kənd və qəsəbələrinin, o cümlədən Bakı və şəhər qəsəbələrinin birləşdirilməsi mümkün olacaq: “Bu layihə 3 milyon 700 min əhalinin rahat yoldan istifadə etməsi deməkdir. Çalışacağıq sərəncamdan irəli gələn işləri vaxtında və keyfiyyətli yerinə yetirə bilək. Bu da Azərbaycanda yerli əhəmiyyətli yolların tam asfaltlaşması deməkdir”.

40 yol layihəsindən danışan S.Məmmədov əlavə edib ki, bu, rayon və kəndlərin, eləcə də qəsəbələrin birləşməsi demək deyil: “Layihədə yüzlərlə qəsəbə və kəndlərin şəhər mərkəzi ilə birləşməsi nəzərdə tutulur. Layihə çərçivəsində 2 milyon 300 min əhalinin rahat yoldan istifadəsi planlaşdırılır. 40 yol layihəsindən artıq 34-ü başa çatdırılıb. Prezidentin iştirakı ilə artıq 26 yolun açılışı olub. İlin sonuna kimi layihənin tamamlanmasını yekunlaşdıranda ölkə başçısının iştirakı ilə açılışı olacaq”. 

Son xəbərlər

Orphus sistemi