"Geely" avtomobil şirkəti "Mercedes"ə ortaq olub

"Geely" avtomobil şirkəti "Mercedes"ə ortaq olub Bakı. 24 fevral. REPORT.AZ/ Çinin Geely şirkətinin rəhbəri Daimler şirkətinin 9,69% səhmlərini alıb. Report RBK agentliyinə istinadən xəbər verir ki, sövdələşmənin məqsədi çinli şirkətin elektromobil istehsalında yeni texnologiyalara çıxış əldə etməsidir.
İnfrastruktur
24 Fevral , 2018 17:21
Geely avtomobil şirkəti Mercedesə ortaq olub

Bakı. 24 fevral. REPORT.AZ/ Çinin "Geely" şirkətinin rəhbəri "Daimler" şirkətinin 9,69% səhmlərini alıb. "Report" RBK agentliyinə istinadən xəbər verir ki, sövdələşmənin məqsədi çinli şirkətin elektromobil istehsalında yeni texnologiyalara çıxış əldə etməsidir.

"Reuters" agentliyinin yaydığı məlumata görə, şirkətin rəhbəri Li Şufu 9 mlrd. dollar həcmində 9,69% "Mercedes" markalı avtomobilləri istehsal edən "Daimler" şirkətinin səhmlərini toplayıb. "Geely" elektromobillərlə yanaşı, pilotsuz avtomobil istehsalında da almaniyalı şirkətlə ortaqlıq qurmağı hədəfləyir.

"Daimler" xəbəri təsdiqləyərək innovasiyalarda maraqlı olan yeni investoru salamlayıb. Qeyd edək ki, "Geely" bundan əvvəl Malayziyanın "Proton" avtomobil şirkətinin səhmlərinin 49%-ni və "Volvo"nun 3,3 mlrd. dollarlıq səhmlərini alıb.

Son xəbərlər

Orphus sistemi