Yuxarı

​FHN: “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur"

Azərbaycan kəskin hava şəraiti ilə əlaqədar sərhəddə nəqliyyatın maneəsiz hərəkəti üçün tədbirlər görür

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə yazılan məlumatlarla bağlı bəyanat yayıb.

"Report"un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN bəyanatda Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.

“Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranıb. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün FHN tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılıb. Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi