Yuxarı

​“Ferrari” üç mindən artıq avtomobili geri çağırır

Avtomobildə təhlükəsizlik tələblərinə zidd olan məqamlar aşkarlanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Ferrari” şirkəti ABŞ avtomobil bazarında satdığı 3 082 avtomobili geri çağırır. “Report”un “CNN Money”ə istinadən verdiyi məlumata görə, bu, “458 Italy” və “458 spider” idman avtomobilləridir.

Avtomobillərin mühərriki oturacaqların arxasına bərkidildiyinə görə, sərnişinlərin salonda sıxılmış vəziyyətdə qalması aşkar edilib. Bu isə ABŞ-da avtomobillərin interyeri və eksteryeri ilə bağlı qüvvədə olan qanunvericiliyə ziddir.

Digər problem isə avtomobillərin yük yerinin qalpağı (baqaj kapotu) ilə bağlıdır. Belə ki, ABŞ-ın müvafiq qanunvericiliyinə əsasən, qalpağı açmaq üçün bir qarmaq olmalıdır, amma “Ferrari”lərdə iki qarmaq var. Bu qarmaqlardan biri qalpağın natamam açılmasına, ikincisi isə tam açılmasına icazə verir.

Rəsmi məlumata görə, “458 Italy” modelinin qiyməti 230 min ABŞ dolları, “458 spider”in isə 250 min dollardır. Hər iki model 570 at gücü olan V8 mühərriki ilə təchiz olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi