Arxitektura Komitəsi: Son aylarda 200-dən çox tikinti layihəsi təsdiq edilib

Arxitektura Komitəsi: Son aylarda 200-dən çox tikinti layihəsi təsdiq edilib Son aylarda şəhərsalma və tikinti normativ sənədlərinə uyğun olaraq 212 tikinti layihəsi təsdiq edilib.
İnfrastruktur
2 İyul , 2019 12:01
Arxitektura Komitəsi: Son aylarda 200-dən çox tikinti layihəsi təsdiq edilib
Report

"Son aylarda şəhərsalma və tikinti normativ sənədlərinə uyğun olaraq 212 tikinti layihəsi təsdiq edilib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev pilot layihələrdə normativ sənədlərlə bağlı tikintilərin dayandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir: “Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların böyük hissəsi Bakı şəhəri ərazisində həyata keçirilir. 212 layihə ilə təqribən 1 milyon 800 min kvadrat metr tikintinin planlaşdırılması nəzərdə tutulur. Həmin 1 milyon kvadrat metrdən çox tikinti isə Bakının payına düşür”.

O qeyd edib ki, əsas məqsəd şəhərsalma və tikinti normativlərinə uyğun layihələrin həyata keçirilməsidir.

“İş adamları tərəfindən son aylarda təqdim edilən layihələr həmin normalara uyğundur və layihlər getdikcə həm şəhərsalma, həm də memarlıq baxımından keyfiyyətcə daha yüksəkdir. Pozitiv dinamika mövcuddur. Düşünürəm ki, bu layihələrin sayı artacaq”, - S.Nuriyəv deyib.

Son xəbərlər

Orphus sistemi