Ərdoğan: Azərbaycanla birgə gördüyümüz işlərlə heç vaxt kifayətlənməyəcəyik

Ərdoğan: Azərbaycanla birgə gördüyümüz işlərlə heç vaxt kifayətlənməyəcəyik Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır.
İnfrastruktur
16 Sentyabr , 2018 02:36
Ərdoğan: Azərbaycanla birgə gördüyümüz işlərlə heç vaxt kifayətlənməyəcəyik

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında söyləyib.

O bildirib ki, "Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı –Tbilisi–Qars dəmir yolu, TANAP kimi birgə həyata keçirdiyimiz layihələr bütün regiona töhfəsini verir".

"Türkiyə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. İnşallah, Azərbaycan da çox yaxın zamanlarda Türkiyədə eyni mövqeyə malik olacaq. Digər tərəfdən, bütün bu nailiyyətlərlə bərabər, gördüyümüz işlərlə heç vaxt kifayətlənməmişik və kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik", - deyə Türkiyə prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi