Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi MHA-nın tabeliyindən çıxarılıb

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi MHA-nın tabeliyindən çıxarılıb Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir
İnfrastruktur
21 Dekabr , 2017 08:53
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi MHA-nın tabeliyindən çıxarılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Müəllif Hüquqları Agentliyinin tabeliyindən çıxarıb.

“Report” xəbər verir ki, qurumun qərarına görə, “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 6 yanvar tarixli 1 nömrəli qərarı ləğv edilib.

Nazirlər Kabineti, həmçinin “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 10 sentyabr tarixli 488 nömrəli qərarını və “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarının 1-ci hissəsi ləğv edib.

Məsələ ilə bağlı Agentlikdən "Report"a bildirilib ki, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli fərmanının 3.6-cı bəndinə əsasən, Nazirlər Kabineti tərəfindən Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaradılacaq: "Yeni yaradılacaq publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi də Müəllif Hüquqları Agentliyinin tabeliyində olacaq. Sadəcə mərkəzə publik hüquqi şəxs statusunda yaradılacaq".

Son xəbərlər

Orphus sistemi