Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov oktyabrın 19-da Qubada vətəndaş qəbulu keçirəcək.

Qurumdan "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlar Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və digər məsələlərlə bağlı müraciət edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Komitənin Xaçmaz ərazi şöbəsi: (02332) 5-39-72, 5-33-55

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi: (02332) 5-00-18, (02333) 5-26-14

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi