Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsi Apellyasiya Şurasının ilk iclası keçirilib

Toplantıda şikayət araşdırmasının ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib. İclasda şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması və digər məsələlər müzakirə edilib. Bu barədə "Report" komitənin mətbuat xidmətindən məlumat daxil olub. 

Apellyasiya Şurasının sədri şuranın səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov şuranın sədri, daha 6 nəfər üzv təyin edilib. Eyni zamanda, Apellyasiya Şurasının 5 nəfərdən ibarət katibliyi yaradılıb. Apellyasiya Şurasının məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması və bu sahədə şəffaflıq, operativlik və obyektivliyin artırılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi