Yuxarı

Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir

​Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
© Report / Sultana Ahmadbayli — Saleh Məmmədov

“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibliyinin binasında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır: "Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi