Yuxarı

​Ələt-Astara yolunu inşa edən İtaliya şirkəti Azərbaycanı tərk edir

Qeyd edək ki, şirkət Azərbaycanda 1996-cı ilin dekabrında qeydiyyatdan keçib

Bakı. 9 sentyabr. REPORT.AZ/ İtaliyanın "Todini Costruzioni Generali SPA" şirkəti Azərbaycandakı nümayəndəliyinin bağlanmasını elan edib. "Report"un əldə etdiyi məlumata görə, şirkət kreditorlara iki ay ərzində tələblərini bildirməli olduğunu açıqlayıb.

Məlumata görə, kreditorlar öz tələblərini şirkətin Bakı şəhəri, Ələsgər Qaibov küçəsi,10Q ünvanında yerləşən "Sübhan" Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə bildirməlidirlər.

Qeyd edək ki, şirkət Azərbaycanda 1996-cı ilin dekabrında qeydiyyatdan keçib.

Xatırladaq ki, "Todini Costruzioni Generali SPA" Azərbaycanda Ələt-Astara avtomobil magistralının tikintisi layihəsinin əsas icraçısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi