Yuxarı
    Bağlamaq

    Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsi bərpa edilib - FOTO

    Magistral yol bir qədər bundan öncə təmir edilərək bərpa olunub

    Cəlilabad. 28 oktyabr. REPORT.AZ/ Ələt-Astara yolunun Cəlilabaddan keçən hissəsi bərpa edilib.

    Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətovun “Report”un Aran bürosuna verdiyi məlumata görə, rayonun Alar kəndi ərazisindən keçən və sel sularını ötürmək üçün qazılan Ələt-Astara magistral yolunda suyun səviyyəsi azalan kimi gecə saatlarından başlayaraq təmir işlərinə başlanılıb.

    Əraziyə cəlb edilmiş texnikaların, işçi qüvvəsinin köməkliyi ilə magistral yol bir qədər bundan öncə təmir edilərək bərpa olunub.

    Qeyd edək ki, ötən gün rayonun Cəfərxanlı kəndi ərazisində sel-sular bəndi aşaraq İncəcay çayının səviyyəsini maksimum həddə çatdırmaqla, Alar kəndi ərazisindən keçən Ələt-Astara magistral yolunu su basmış, yol kəsilmişdi. Yol bağlı olduğundan nəqliyyat vasitələri alternativ olaraq Təzəkənd, Üçtəpə, Cəfərxanlı və Gülməmmədli avtomobil yolundan istifadə edirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi