​Ələt-Astara avtomobil yolunda təmir aparılır

​Ələt-Astara avtomobil yolunda təmir aparılır Yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü qaşınır
İnfrastruktur
11 Avqust , 2015 13:26
​Ələt-Astara avtomobil yolunda təmir aparılır

Bakı. 11 avqust. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Ələt-Astara-İran sərhədi avtomobil yolunda cari təmir işləri həyata keçirir. “Azeryolservis”dən “Report”a verilən məlumata görə, sözügedən yolun 0-31-ci kilometrlik hissəsində yol kənarlarında və ayırıcı zolaqlarda sıradan çıxmış və əyilmiş əyri-xətli dəmir tirlər yeniləri ilə əvəzlənir. Bundan başqa, yolun həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri də aparılır.

Avtomobil yolunun 31-153-cü kilometrlik hissəsində isə yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Təmir işləri aparılan ərazilərdə yolun hərəkət hissəsinin bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır və əks istiqamətlə hərəkət növbəli şəkildə təmin olunur.

Təmir olunmuş ərazilərdə yol cizgiləri xətlərinin və yolgöstərici xətlərin çəkilişi işləri də həyata keçirilir. Digər ərazilərdə isə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətləri yenidən rənglənir. Cari təmir işləri ilə yanaşı yol kənarları və ayırıcı zolaqlarda təmizlik-abadlıq işləri aparılır. Yol kənarlarında olan quru otlar yanğın təhlükəsizliyi səbəbindən biçilir.

Son xəbərlər

Orphus sistemi