“Elektron hökumət” portalında elektron arayışların sayı artıb

“Elektron hökumət” portalında elektron arayışların sayı artıb "Azərsu" ASC-nin yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub
İnfrastruktur
9 Oktyabr , 2017 19:14
“Elektron hökumət” portalında elektron arayışların sayı artıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin daha bir xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

“Report”un məlumatına görə, artıq, “Elektron hökumət” portalının istifadəçiləri "Azərsu" ASC-nin “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” haqqında arayış adlı elektron xidmətindən yararlana bilərlər.

Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalından “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərin siyahısından və ya elektron arayışlar bölməsindən “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” xidmətini seçmək lazımdır. İstifadəçi açılan səhifəyə 13 rəqəmli abonent kodunu daxil edib bazada mövcud olduğu təqdirdə, istifadəçi şəxsi məlumatları ilə yanaşı sayğacının tipi, son 12 ay üzrə faktura sərfiyyatı, son 12 ay üzrə faktura məbləği, son 12 ay üzrə ödənilmiş məbləği barədə informasiyanı arayış formasında əldə edə bilir.

Qeyd edək ki, bununla da "Azərsu" ASC-nin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb. Hazırda portal üzərindən, ümumilikdə, 18 elektron arayış təqdim olunur.

Son xəbərlər

Orphus sistemi