Yuxarı
    Bağlamaq

    Əhməd Cəmil küçəsinin bir hissəsi tam təmir olunub - FOTO / VİDEO

    Küçənin 14,5 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır

    Bakı. 24 avqust. REPORT.AZ/ Uzun müddətdir yolun hərəkət hissəsi sıradan çıxmış Bakı şəhərinin Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin istifadəsinə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1 200, ortalama eni isə 12 metrdir. Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında olan hissəsində, 520 metrlik ərazidə aparılıb. Burada köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6,5 min kv. metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.

    Bundan başqa, Əhməd Cəmil küçəsində köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Bura ümumilikdə 2 500 paqon metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

    Hazırda küçənin digər hissəsində, daha dəqiqi Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirilir. Ərazi yeni asflat-beton örtüyünün döşənməsi üçün artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə, Əhməd Cəmil küçəsinin 14,5 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi