Yuxarı
    Bağlamaq

    Dubaydan Bakıya gələn Azərbaycan vətəndaşında gizlətdiyi qızıl-zinət əşyaları aşkarlanıb

    Həmin zərgərlik məmulatı ekspertizaya göndərilib© http://customs.gov.az

    Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə Azərbaycan ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən "Report"a daxil olan məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın bel çantasına təkrar yoxlama keçirilib.

    Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi