Yuxarı

​Dövlət Yol Polisi İcbari Sığorta Bürosuna məlumat ötürəcək

Yolda radara düşən avtomobilin sığortalı olub-olmadığı operativ müəyyənləşəcək

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanda DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin texniki vasitələri İcbari Sığorta Bürosunun (İSB) məlumat bazası ilə inteqrasiya olunacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov məlumat verib.

"Xüsusi radarlar quraşdırılmayacaq. Bu gün artıq Dövlət Yol Polisinin şəhərdə və şəhərlərarası magistral yollarda müəyyən texniki vasitələri var və bu texniki vasitələrlə onlar avtomobilin nömrəsini oxumaqla onunla bağlı məlumatları əldə edə bilirlər. Yaxın gələcəkdə həmin texniki vasitələr İcbari Sığorta Bürosunun məlumat bazası ilə inteqrasiya olunacaq. Beləliklə də oradan keçən radara düşən avtomobilin sığortalı olub-olmadığı da müəyyən ediləcək", - deyə N.Xəlilov bildirib.

Onun sözlərinə görə, bu proses müəyyən texniki məsələlər həll olunduqdan sonra yaxın bir neçə ay ərzində, ilin sonunadək gerçəkləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi