Yuxarı
    Bağlamaq

    Azərbaycanda avtonəqliyyat vasitələrinin ehtiyat hissələri sertifikatlaşdırılacaq

    Ölkəyə idxal edilən və yerli istehsal olan bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər

    Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib. “Report” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bu, “AzeSert”, “Azcertcenter” və “TexnoSert” MMC-lərdir.

    Dövlət Komitəsi istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyat hissələrini almamağı tövsiyə edir.

    “Milli sertifikatlaşdırma sistemi haqqında” əsasnaməyə görə, sertifikatlaşdırma işlərinin həyata keçirilməsində əsas məqsəd insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına, mühüm təhlükə yaradan, zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının, satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik, sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakına şərait yaratmaqdır.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli qərarına əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi