Dövlət Gömrük Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev ilə görüşüb.
İnfrastruktur
13 İyun , 2019 17:59
Dövlət Gömrük Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev ilə görüşüb.

Komitədən “Report”a verilən məlumata görə, görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində baş tutub.

S.Mehdiyev Azərbaycanda biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

S.Mehdiyev ölkədə hər bir sahədə olduğu kimi, dövlət miqrasiya siyasətinin də uğurla həyata keçirildiyini qeyd edərək Azərbaycan gömrük orqanlarının miqrasiya və sərhəd xidmətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və bu sıx əlaqələrin qanunsuz miqrasiya ilə mübarizə sahəsində müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

V.Qiyorqiyev gömrük xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsindəki roluna toxunaraq gömrük orqanlarının bütövlükdə beynəlxalq təhlükəsizlik işinə mühüm töhfələr verdiyini vurğulayıb. Nümayəndəliyin rəhbəri Azərbaycanda miqrasiya sahəsində görülən proqressiv işlərin ümumi nəticələrindən danışıb, miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində keçirilən layihələrdə gömrük orqanlarının da iştirakının önəmini qeyd edib, bunun qarşılıqlı təcrübə mübadiləsinin daha da genişlənməsinə şərait yaradacağını bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi