Yuxarı
    Bağlamaq

    ​Dövlət Gömrük Komitəsində Qabon nümayəndələri ilə görüş keçirilib

    Qonaqlar Azərbaycanın gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar

    Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Qabonun iqtisadiyyat, investisiyaların təşviqi və planlaşdırma naziri yanında nazir-deleqat xanım Mari-Juli Biloqo-Bi-Sendonqun (Marie-Julie Bilogo-Bi-Nzendong) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

    "Report" DGK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qabon tərəfinin Azərbaycana 2013-cü ilin oktyabrında baş tutan ilk səfərindən sonra qarşılıqlı əməkdaşlığa böyük maraq yarandığını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

    Qeyd edək ki, Qabon nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 28-dək davam edəcək

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi