Dövlət Dəniz Akademiyası Qazaxıstanın universiteti ilə memorandum imzalayıb

Dövlət Dəniz Akademiyası Qazaxıstanın universiteti ilə memorandum imzalayıb Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Qazaxıstanın Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə memorandum imzalayıb.
İnfrastruktur
24 Noyabr , 2017 20:38
Dövlət Dəniz Akademiyası Qazaxıstanın universiteti ilə memorandum imzalayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Qazaxıstanın Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə memorandum imzalayıb.

“Report”un məlumatına görə, Akademiya bu Universitetlə 2011-ci ildə bağlanmış müqaviləyə əsasən, “İkili diplom təhsili” beynəlxalq proqramı çərçivəsində Qazaxıstan üçün bakalavr və magistr dərəcələri üzrə 40-a yaxın mütəxəssis hazırlayıb.

Məlumata görə, memorandum noyabrın 21-24-də ADDA-nın rektoru Çingiz Əliyev, tədris və tərbiyə işləri üzrə prorektor Zahid Şərifov və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının nümayəndəsi Vüsal Mustafayevdən ibarət nümayəndə heyəti Aktauya işgüzar səfəri zamanı imzalanıb.

Səfər zamanı Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov ilə “İkili diplom təhsili” beynəlxalq proqramının davam etdirilməsinə dair danışıqlar aparılıb. Müzakirələrin nəticəsi olaraq bu proqramın davam etdirilməsi məqsədilə qarşılıqlı razılaşmaya əlavə kimi yeni memorandum imzalanıb. Memoranduma əsasən, birgə elmi-tədqiqatların aparılması, əldə olunmuş nəticələrin beynəlxalq konfranslarda müzakirəsi və elmi məcmuələrdə birgə dərc edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi