Dövlət Dəniz Agentliyi ötən ili zərərlə başa vurub

Dövlət Dəniz Agentliyi ötən ili zərərlə başa vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2018-ci ili 1,812 milyon manat zərərlə başa vurub.
İnfrastruktur
14 İyun , 2019 10:28
Dövlət Dəniz Agentliyi ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2018-ci ili 1,812 milyon manat zərərlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il Agentlik 2,381 milyon manat gəlir əldə edib. Bunun 79 min manatı birja, 2,302 milyon manatı isə qeyri-birja əməliyyatlarından əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 4,193 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 930 min manat, sərf edilmiş materiallar üzrə xərcləri 770 min manat, amortizasiya xərcləri 1,4 milyon manat, sair əməliyyat xərcləri isə 1,092 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi