Yuxarı

Dövlət Dəniz Administrasiyası "elektron xidmət növləri siyahısı"ndan çıxarılıb

Nazirlər Kabineti bu barədə qərar qəbul edib

Bakı. 25 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

"Report" xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Bildirilir ki, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 3.1.15-ci yarımbəndindən “qiymətli kağızlar,” sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 19-cu hissəsi ləğv edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi