​Dövlət Dəniz Administrasiyası binasını təmir etdirir

​Dövlət Dəniz Administrasiyası binasını təmir etdirir Cari təmir işlərinin aparılması üçün tender elan olunub
İnfrastruktur
16 Aprel , 2016 16:41
​Dövlət Dəniz Administrasiyası binasını təmir etdirir

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyası inzibati binasının cari təmiri məqsədilə tender elan edib. “Report” xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədlərini mayın 20-i saat 16:00-a qədər təqdim etməlidir.

Tenderdə iştirak etmək istəyən iddiaçılar tender təklifinin 1%-i həcmində bank zəmanəti və vergi orqanlarından borclarının olmaması ilə bağlı arayış təqdim etməlidir.

Tender təklifləri və bank təminatı möhürlənmiş ikiqat zərfdə mayın 27-i saat 17:00-a qədər quruma təqdim olunmalıdır. Zərflər mayın 31-i saat 17:00-da Dövlət Dəniz Administrasiyasında açılacaq.

Son xəbərlər

Orphus sistemi