Dövlət Avtomobil Nəqliyyat Xidməti ötən ili cüzi mənfəətlə başa vurub

Dövlət Avtomobil Nəqliyyat Xidməti ötən ili cüzi mənfəətlə başa vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2018-ci ili 14 min manat mənfəətlə başa vurub.
İnfrastruktur
21 İyun , 2019 10:15
Dövlət Avtomobil Nəqliyyat Xidməti ötən ili cüzi mənfəətlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2018-ci ili 14 min manat mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il DANX 2,529 milyon manat gəlir əldə edib. Bunun 2,472 milyon manatı qeyri-birja əməliyyatlarından, 57 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 2,515 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 1,774 milyon manat, sərf edilmiş materiallar üzrə xərcləri 397 min manat, amortizasiya xərcləri 54 min manat, sair əməliyyat xərcləri 289 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi